8 May, 2015
Gənclər üçün fərqli şəhərcik – Fotolar

Norman Fosterin memarlıq studiyası Dubayda yeni rayonun layihələşdirilməsi üçün keçirilmiş müsabiqənin qalibi olub. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, “Dubai Design District” - bir neçə mərhələdə tikiləcək irimiqyaslı layihədir. Meydança ancaq yaradıcı gənclərin ixtiyarına veriləcək: Burada dizayner studiyaları, şou-rumlar, qalereyalar, butik-otellər, rahat apartamentlər və əlbəttə mağazalar yerləşəcək. Dörd milyard dirhəm qiyməti olan tikintinin birinci fazası bu yaxınlarda yekunlaşdırılıb və özünə layihənin əsasını təşkil edən onlarla obyektin tikilməsini daxil edib. İkinci mərhələ bu il başlayacaq və 2017-ci ildə başa çatacaq. Plana görə, “Foster and Partners” yaşayış və ictimai kvartalların tikintisi variantlarını da təqdim etməlidir. Büronun baş memarı Cerard Evenden qeyd edib ki, layihələşdirmə Nyu-Yorkdakı Mitpekinq və Londondakı Şordiç rayonlarının nümunəsi əsasında aparılacaq.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!