8 May, 2015
Avtobusda görünməmiş mənzərə - FOTO

Bakıda avtobuslardan birində sərnişinlər qəribə hal ilə qarşılaşıblar. Avtosfer.az anspress-ə məlumatına görə, sürücüsü avtobusda özü üçün kiçik bağça yaradıb.

Sürücü oturacağın altını təbii ot örtüyü ilə döşəyib. Kənardan isə qəribə mənzərə alınıb.

Sürücü bunu otun iyindən xoşu gəldiyi üçün etdiyini bildirib.

“Hər gün səhər avtobusu işə salmamışdan əvvəl həmin ot örtüyünə xüsusi qulluq edirəm. Onları təmizləyirəm. Sulayıram. İndiyə qədər heç bir sürücü bunu fikirləşməyib. Otun iyini çox xoşlayıram. Bu sərnişinlərin də çox xoşuna gəlir”, - deyə sürücü bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!