14 May, 2011
Abel Məhərrəmova “Avrasiyanın fəxri” medalı təqdim olunub

Mədəniyyətin inkişafına verdiyi töhfələrinə görə “Avrasiyanın fəxri” medalı və müvafiq diplomla təltif edilib

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikası Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Elmi Şurasının 27 aprel 2011-ci il tarixli qərarı ilə Avrasiya məkanında təhsil və mədəniyyətin inkişafına verdiyi töhfələrinə görə “Avrasiyanın fəxri” medalı və müvafiq diplomla təltif edilib. 


Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, medalı və diplomu Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev Mərkəzinin açılışı münasibətilə keçirilən tədbirdə adıçəkilən universitetin rektoru, professor Baxıtcan Abdraim təqdim edib.


A.Məhərrəmov ona verilən dəyərə görə həmkarına və Milli Avrasiya Universitetinin Elmi Şurasının üzvlərinə minnətdarlıq edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!