7 May, 2015
Bu geyim iki ilə tikilib – FOTO

Rihannanın Kostyum İnstitutunun balında qırmızı xalıda göründüyü sarı geyimi barədə müzakirələr davam edir. Simsar az xarici KİV-ə istinadən xəbər verir ki, Çin mədəniyyətində imperatorlara xas hesab olunan sarı rəngli geyimi çinli dizayner Quo Pey xəz və qızılı saplardan naxışla bəzəyib. Rihanna bildirib ki, geyim əl işidir və onun hazırlanmasına iki il vaxt sərf edilib.

Geyimin dizayneri Quo Peyə gəlincə, o, öz atelyesini 1997-ci ildə açıb, 2008-ci ildə isə Pekində Olimpiya oyunları zamanı isə onun "Əjdaha əfsanəsi" adlı kolleksiyası nümayiş olunmuşdu.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!