7 May, 2015
Milli Parkda narkotik bitki tapıldı

Nazirlik əməkdaşları keçirdikləri reyd zamanı İsmayıllı ərazisində narkotik xassəli çətənə bitkisi aşkar edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Milli Parkın əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 m2 sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib. Bitkinin hələlik kimlər tərəfindən parkda əkildiyi məlum deyil.

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!