7 May, 2015
Beynəlxalq müfəttişlər Donbassda araşdırma aparır

Beynəlxalq yoxlama qrupu Donbassda işə başlayıb. Qrupun tərkibinə Danimarka, Polşa, Kanada, Moldova və NATO nümayəndələri daildir.

Simsar.az xəbər verir ki, bu barədə NATO mətbuat xidməti rəsmi “facebook” səyfəsində məlumat yayıb. Bildirilir ki, beynəlxalq müfəttişlər "2011-ci il - Vyana sənədi çərçivəsində" bir araya gəliblər. Planlaşdırılır ki, iki həftə ərzində onlar, Ukraynadakı sosial-siyasi vəziyyətin öyrənilməsinə və ölkənin şərqində böhranlı vəziyyətdən çıxış yollarının tapılmasında kömək edəcəklər.

Qrupu yoxlamanı yekunları ilə bağlı ATƏT-in üzvü olan ölkələrə müvafiq hesabat verəcəklər.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!