7 May, 2015
Tele-aparıcı ilə xalq artistinin 2-ci dueti olacaq

Tele-aparıcı və müğənni Vüsalə Rəcova yeni duetinin hazırlığına başlayıb. Onun duet ortağı Xalq artisti Niyaməddin Musayevdir. Xalq artisti ilə ikinci duet mahnı hazırlandığını Simsar.az - a bildirən sənətçi Niyaməddin Musayevin ona sənətində dəstək olan sənətkarlardan olduğunu minnətdarlıqla vurğuladı: “Sənətkarlarımızın hər biri bir məktəbdi, onlardan sağlığında bəhrələnməliyik” – deyən Vüsalə,duetin yaxın günlərdə hazır olacağının xəbərini verdi.  Yeni mahnılarını albom şəklinə gətirən sənətçinin yeniliklərindən biri toplunun geniş kütləyə təqdimatı  olacaq. Albomda sənətçinin son bir neçə ayda hazırladığı yeni mahnılar yer alacaq.

Ümidə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!