7 May, 2015
İsraildə koalisiya hökuməti quruldu

İsrailin Baş naziri və Likud partiyasının lideri Benyamin Netanyahu ölkə Prezidenti Reuven Rivlinə hökuməti qurmaq üçün lazımlı olan 61 kürsü əldə etdiyini rəsmən bildirib.

Simsar.az xəbər verir ki, İsrail radiosunun verdiyi məlumata görə, Netanyahu verilən vaxtın dolmasına bir neçə saat qalmış koalisiya yaratmağa müvəffəq olub.

Beləliklə, Netanyahunun liderliyi ilə Likud partiyası, İqtisadiyyat naziri Naftali Benettin liderliyi ilə Yəhudi Evi partiyası, mərkəz sağ meyilli Kulanu (Hamımız) partiyası və dindar partiyalardan Birləşmiş Tora Yəhudiliyi və Şas partiyaları hökumətə daxil olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!