7 May, 2015
“Magistr” jurnalının 4-cü sayı buraxıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” jurnalının 4-cü sayı nəşr olunaraq bakalavrların istifadəsinə verilib.
Komissiyadan Simsar.az-a verilən  məlumata görə, jurnalda aşağıdakı materiallar əksini tapıb:

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan;
“Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçimi və təsdiqi üçün təlimat;
“Bakalvrın elektron ixtisaslaşma seçimi ərizəsi” formasının nümunəsi;
Qəbul aparılan ixtisaslaşmalar;

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu.
Jurnalı TQDK binasından (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, M. Müşfiq küçəsi 1m) əldə etmək olar.

Aysel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!