7 May, 2015
Ədliyyə işçiləri üçün konsert təşkil olundu

Ötən gün Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Mühafizə alayının şəxsi heyəti qarşısında geniş bayram konserti təşkil olunub. Simsar.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə  və Gül Bayramına həsr olunan konsertdə mədəniyyət və incəsənət nümayəndələri çıxış ediblər. Konsertin aparıcısı  prodüser və təşkilatçı Humay Muxtarova olub.

Tədbir zamanı Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Mühafizə alayının şəxsi heyəti qarşısında geniş bayram proqramı ilə çıxış etdiyi üçün H.Muxtarova “Diplom” ilə təltif olunub.

Qeyd edək ki, hər il Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Mühafizə alayının şəxsi heyəti qarşısında ənənəvi geniş konsert proqramı keçirilir.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!