7 May, 2015
Dolların ucuzlaşması, avronun bahalaşması davam edir

Bu gün mayın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

Simsar.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 7-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0006 manat və ya 0,06% ucuzlaşaraq 1,0475 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0114 manat və ya 0,97% bahalaşaraq 1,1881 manat olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!