6 May, 2015
Rusiyaya giriş QADAĞAN EDİLDİ

Rusiyada əcnəbi vətəndaşların sayı kəskin azalıb.

Simsar.az-ın məlumatına görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski prezident Putinlə görüşündə açıqlama verib.

Onun sözlərinə görə, Rusiyada miqrasiya haqqında qanunu pozan 1 milyon 350 min nəfərdən çox xarici vətəndaşın ölkəyə girişi qadağan edilib.

Konstantin Romodanovski bildirib ki, bunun səbəbi Rusiyaya gələn əcnəbilərin sayında azalma ilə bağlı deyil. O bildirib ki, bu, Rusiyada Miqrasiya haqqında qanuna edilən dəyişikliklərlə bağlıdır.

Hazırda Rusiya ərazisində 10 milyona yaxın xarici vətəndaşın yaşadığını deyən FMX rəhbəri bildirib ki, dəyişikliklərdən sonra Rusiyaya işləmək üçün gələn bəzi ölkə vətəndaşlarının sayında azalma müşahidə edilir.

Qeyd edək ki, Putin 2014-cü ilin sonunda Miqrasiya qaydalarını pozan şəxslərin Rusiyaya girişini 10 il müddətinə qadağan edən qanunu təsdiqləmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!