6 May, 2015
“Baku Fires” məğlub oldu

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) ¼ final mərhələsinin ilk görüşü keçirilib.

Simsar.az-ın məlumatına görə, “Baku Fires” Meksikanın “Mexico Guerreros” komandası ilə qarşılaşıb.

75 kq çəki dərəcəsində komandamızın üzvü Jaba Xositaşvili  Rodrigez Olivasi məğlub edib. Ən ağır çəkidə Leonid Çernobayev  isə Kastillyo Torres ilə qarşılaşıb. “Mexico Guerreros” komandasının üzvü qalib gəlib.

Komandamız ümumi hesabda 1:4 hesabı ilə məğlub olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!