6 May, 2015
Türkiyə İrəvana xəbərdarlıq etdi

Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) bütün bölgə üçün real təhlükədir.

Simsar.az-ın məlumatına görə, Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bu barədə açıqlama verib.

Onun sözlərinə görə, Türkiyə Ermənistanın elektrik enerjisinə ehtiyacı olduğuna görə istismarı olduqca riskli olan bu AES-i görməzdən gəlməməlidir.

Qeyd edək ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!