6 May, 2015
İspan buğası alman maşınına qarşı - AFİŞA

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək. Simsar.az.az saytının məlumatına görə, İspaniyanın Barselona şəhərində eyniadlı komanda Almaniya “Bavariya”sını qəbul edəcək.


Qarşılaşma “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola üçün xüsusi önəm kəsb edir. Belə ki, ispaniyalı mütəxəssis sabiq klubu ilə duelə çıxacaq. O, vaxtilə futbolçu kimi eyni klubda çıxış etdiyi Luis Enrikenin komandasını məğlub etməyə çalışacaq.


Kataloniya təmsilçisi 2 il əvvəl aldığı böyükhesablı məğlubiyyətlərin əvəzini çıxmaq iddiasındadı. 2012/13 mövsümündə yarımfinalda qələbə qazanan (4:0, 3:0) “Bavariya” həmin vaxt olduğu kimi yenə yarışın qalibi olmaq arzusundadı. Artıq Almaniya çempionu adını təmin edən “Bavariya” bütün gücünü qitənin ən nüfuzlu klub turnirinə səfərbər edibsə, ispaniyalılar həm daxili, həm beynəlxalq arenada mübarizəni davam etdirir.


Qeyd edək ki, yarımfinalın ilk oyununda “Yuventus” (İtaliya) “Real”ı (İspaniya) 2:1 hesabı ilə məğlub edib.



Çempionlar Liqası

Yarımfinal, ilk oyun

6 may



23:45. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Barselona. “Nou kamp” stadionu

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!