6 May, 2015
Azərbaycanlı milyarder "Simurq"u alır?

“Simurq” futbol klubu “Lukoyl”a satılacaq.

Simsar.az xəbər verir ki, bu barədə informasiyanı “futbolinfo.az” saytı yayıb.

Saytın məlumatına görə, futbol klubuna Vahid Ələkbərovun oğlu Yusif Ələkbərovun rəhbərlik edəcəyi gözlənilir. Bundan əlavə komandanın supertransferlər edəcəyi də nəzərdə tutulur.

"Lukoyl"un Bakı ofisindən yayılan açıqlamada isə "Simurq" Futbol Klubuna sponsurluqla bağlı məsələdən bixəbər olunduğu bildirilib.

Qeyd edək ki, bundan öncə “Simurq” Futbol Klubuna Beynəlxalq Bank sponsorluq edib. Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin vəzifəsindən azad edilməsindən sonra komanda maddi çətinliklərlə üz-üzə qalıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!