6 May, 2015
Harda qaldı “İnnonativ texnologiyalar”? – Mustafa Hacıbəyli

Simsar.az xəbər verir ki, Müsavat başqanın qardaşı Mustafa Hacıbəyli partiyanın qərargahı qarşısında keçirilən aksiyaya münasibət bildirib.

M.Hacıbəyli məsələ ilə bağlı “facebook” səyfəsində status yazıb:

“Rifah dalınca qaçanlar təşkilat yaradanda deyirdilər ki, bu təşkilat Müsavata qarşı yaradılmır. Amma ilk aksiyalarını Müsavatın qarşısnda keçirdilər. Deyirdilər ki, mitinq-piket dövrü arxada qalıb. Fədakar müsavatçıları isə “Meydangir” adlandırırdılar. Amma özləri elə “icazəsiz” piketlə başladılar. Harda qaldı “İnnonativ texnologiyalar”...?”

Bildirək ki, partiyadan uzaqlaşdırılan bir qrup sabiq Müsavatçılar, mövcud rəhbərliyə etiraz əlaməti olaraq partiyanın qərargahı qarşısında etiraz aksiyası keçiriblər.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!