6 May, 2015
Müsavatçılar agent, xəyanətkardılar - Başqan müavini

Müsavat başqanının müavini partiya qərargahı önündəki aksiyanın təşkilatçılarını agentura şəbəkəsi, iştirakçıları isə xain adlandırıb

Müsavat Partiyasının rəhbərliyi partiyanın qərargahı önündə keçirilən etiraz aksiyasına münasibət bildirib.

Müsavat başqanının müavini Elman Fəttah Simsar.az-a açıqlamasında aksiyanın təşkilatçılarını “Müsavatın daxilinə yerləşdirilmiş agentura şəbəkəsinin üzvləri” adlandırıb. O, aksiyada iştirak edənləri partiyaya xəyanətdə ittiham edərək bildirib ki, onlar barədə partiyanın ciddi qərarları olacaq: “Artıq partiyaya qarşı heç kimdə şübhə olmayan təxribat fəaliyyətini genişləndirən şəxslərin partiyadan qovulması məsələsini əsaslı şəkildə qaldıracağam. Ümid edirəm ki, digər şəxslər də bu məsələyə partiya maraqları nöqteyi-nəzərindən yanaşacaqlar. Bu aksiyanın keçirilməsi həmin şəxslərin Müsavatda qalmayacağının sübutudur”.

E.Fəttah aksiyada səslənən tələblərə də toxunaraq, partiyadan qovulan şəxslərin bərpa edilməsinin qeyri-mümkün olduğunu vurğulayıb: “6 nəfər Nizamnamə çərçivəsində partiyadan çıxarılıb. Düşünmürəm ki, bu cür şərtlərdə partiyadan çıxarılmış şəxslərin bərpası mümkün olsun”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!