6 May, 2015
İslam Kərimov da Putinə "yox" dedi

Özbəkistan Prezidenti İslam Kərimov faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Moskvada keçiriləcək anım mərasimlərinə qatılmayacaq.

Simsar.az xəbər verir ki, bu barədə Özbəkistanın “Yeni əsr” qəzeti İslam Kərimovun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda Qələbə günü ilə bağlı Özbəkistanda bayram tədbirlərinin keçiriləcəyi və İslam Kərimovun bu mərasimlərdə iştirak edəcəyi bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!