6 May, 2015
Kremlə giriş bağlanır

Moskva Kremli və Aleksandrovski Bağını mayın 8 və 9-da turistlər üçün bağlayacaq.

Simsar.az xəbər verir ki, 2015-ci ilin 8 və 9 may tarixində Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq Kreml və Aleksandrovski Bağı bağlı olacaq. Vətəndaşların Qırmızı Meydana keçidinin mayın 10-dək məhdudlaşdırılacağı bildirilir.

Qeyd edək ki, daha öncə Lenin Mavzoleyinin aprelin 23-dən mayın 15-dək ziyarət üçün bağlı olacağı qeyd edilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!