6 May, 2015
"Real" "Yuve"ni keçə bilməyəcək - Maraqlı statistika

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Yuventus"a 1:2 hesabı ilə uduzan "Real" (Madrid) uğursuz seriya ilə diqqət çəkir.

Qol.Az-ın məlumatına görə, Madrid təmsilçisi tarixi ərzində Avropanın mötəbər turnurinin yarımfinalının ilk matçında məğlub olduğu halda, finala adlaya bilməyib.

Dünən səfərdə "Yuventus"a uduzan "kral klubu"nun cavab qarşılaşmasında həmin məğlubiyyətin əvəzini çıxıb-çıxmayacağı maraqla gözlənilir. Finala yüksəlməyəcəyi təqdirdə "Real"ın uğursuz seriyası davam edəcək.

Qeyd edək ki, "Real" və "Yuventus" arasında cavab qarşılaşması mayın 13-də Madriddə keçiriləcək.


1967/1968 mövsümü "Real" - "Mançester Yunayted" (0:1, 3:3)

1972/1973 mövsümü "Real" - "Ayaks" (1:2, 0:1)

1986/1987 mövsümü "Real" - "Bavariya" (1:4, 1:0)

2000/2001 mövsümü "Real" - "Bavariya" (0:1, 1:2)

2010/2011 mövsümü "Real" - "Barselona" (0:2, 1:1)

2011/2012 mövsümü "Real" - "Bavariya" (1:2, 2:1 Penaltilər seriyası - 1:3)

2012/2013 mövsümü "Real" - "Borussiya" (1:4, 2:0)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!