6 May, 2015
Pişiyi öldürdüyünə görə 3 il həbs olundu - Türkiyədə

Türkiyədə ilk dəfə olaraq məhkəmə heyvanı öldürən şəxs haqqında həbs qərarı çıxarıb.

Simsar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxladığı pişiyi bıçaqlayıb və can verərkən çəkdiyi görüntüsünü sosial şəbəkədə paylaşan tələbəyə hakim 3 il həbs cəzası verib.

Məhkəmədə çıxış edən tələbə təqsirini etiraf edib: “Peşmanam, amma tez-tez heyvan öldürən biri deyiləm. Evimdə hələ də it və pişik saxlayıram. Pis insan olsam heyvan saxlamaram. Psixi durumum yerindədir. Verəcəyiniz cəzanın təxirə salınmasını tələb edirəm”.

Cəzanı verən hakim isə vicdanına söykənərək belə bir qərar çıxardığını açıqlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!