6 May, 2015
Sarkisyan ABŞ-da Uorliklə görüşüb – QARABAĞ MÜZAKİRƏSİ

Amerika Birləşmiş Ştatlarına (ABŞ) erməni diasporundan ianə toplamaq üçün gedən Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorliklə görüşüb.

Simsar.az xəbər verir ki, bu barədə ABŞ-dan olan həmsədr öz rəsmi «Twitter» səhifəsində məlumat verib.

"Biz bu axşam Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət edə bildik", - deyə Uorlik qeyd edib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!