6 May, 2015
Bakıda sürücü yol polisini döydü

Bakıda yol hərəkəti qaydasını pozan sürücü polis əməkdaşını vurub.

Simsar.az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Mayın 4-də saat 19 radələrində Bakıxanov küçəsində Mercedes markalı avtomobilin sürücüsü Azər Əhmədov yol hərəkət qaydasını pozub. Buna görə də ərazidə xidmət edən Yol Patrul Xidməti Alayının serjantı Ağamoğlan İbrahimov tərəfindən saxlanılıb.

Bu zaman sürücü polisə tabe olmayıb və onu vuraraq yerə yıxıb. Xəsarət alan polis əməkdaşı təcili tibbi yardım stansiyasında yardım alıb evə buraxılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!