6 May, 2015
Qısqanclıq üstündə sevgilisini bıçaqladı + Video

Bakıda növbəti sevgi cinayətinin üstü açılıb.

Simsar.az Region TV-yə istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevanın 40 yaşlı keçmiş sevgilisi Lətif Babayev tərəfindən bıçaqlandığı məlum olub. Qanlı hadisə mayın 3-də saat 20:00 radələrində baş verib. Nərgiz Babayevanın bıçaqlanması ilə bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər onunla qeyri-rəsmi nikahda yaşayan Sabirabad rayon sakini, Lətif Babayev tutulub. Məlum olub ki, Lətif Babayevin Nərgiz Babayeva ilə mübahisəsi qanlı sonluqla bitib. Bıçaq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb, vəziyyəti normal qiymətləndirilir. Hadisəni törədən Lətif Babayev əməlini qısqanclıqla əlaqələndirib.

Lətif Babayev istintaqa bildirib ki, mübahisəyə onun Nərgizlə qeyri-rəsmi nikahdan olan 3 yaşlı övladının uşaq evinə verilməsi səbəb olub. Nərgiz Babayeva bu addımı atan zaman uşağın atası ilə məsləhətləşməyib: “Bədənindəki xəsarətlər mənlik deyil. Onlara demişdim ki, sizin başınıza oyun açacağam, uşağı məndən xəbərsiz niyə aparıb uşaq evinə qoymusunuz. Mən işdə olmuşam, mənə deməmiş uşağı aparıblar Maştağaya. Anasına neçə defə dedim ki, mənim uşağımı niyə aparmısan ora. Deyirlər ki, güya mən içənəm. İçib-içməməyimin nə dəxli var? Məsləhət etməliydilər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!