6 May, 2015
Aİ missiyasının rəhbəri I Avropa Oyunlarından DANIŞDI

I Avropa Oyunları Azərbaycanla daha yaxından tanış olmaq imkanıdır. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, bu, Avropanın 6 mindən çox ən yaxşı idmançısının iştirak edəcəyi əsl böyük idman tədbiridir.

M.Mard qeyd edib ki, Avropa və dünyada xeyli sayda insan bu möhtəşəm tədbiri səbirsizliklə gözləyir.

Qeyd edək ki, I Avropa Oyunları Bakıda iyunun 12-28-də keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!