6 May, 2015
Məşhur aktyoru 10 il həbs gözləyir

Hindistan məhkəməsi Bollivud aktyoru Salman Xanı 2002-ci ildə Mumbay şəhərində bir bomju avtomobillə vurub öldürərək hadisə yerindən qaçmaqda təqsirli bilib.

Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə ildir ki, davam edən məhkəmə artıq başa çatıb.

Aktyor indiyə qədər verdiyi ifadələrində qəza zamanı sükan arxasında sürücüsünün əyləşdiyini iddia etsə də, bugünkü prosesdə məhkəmə aktyorun insident zamanı sükan arxasında və sərxoş olduğunu bildirib.

Hökm hələ ki, oxunmayıb. Qeyd edək ki, aktyoru 10 ilə qədər həbs cəzası gözləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!