6 May, 2015
Həbsxanadan qaçan kişi 56 il sonra tutuldu

ABŞ-da 1959-cu ildə həbsxanadan qaçan dustaq 56 il sonra tutulub. Simsar.az-ın “milliyyet.com.tr”-yə istinadən məlumatına görə, Floridada saxlanılan 79 yaşlı Frank Freşvatersin 56 il bundan əvvəl həbsxanadan qaçdığı və saxta sənədlərlə indiyə qədər polisdən yayındığı bildirilib. O, şübhəli şəxs kimi saxlanılıb və müəyyən ekspertizalar aparıldıqdan sonra 1959-cu ildən həbsdə qaçan Frank Freshvaters olduğu ortalığa çıxıb.

Frank Freshvaters 1957-ci ildə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinərək həbs olunub. Həbsxanada 2 il qaldıqdan sonra oradan qaçıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!