6 May, 2015
Təfəkkür Universitetindən axtarılan Riyad Əliyev barəsində AÇIQLAMA

Təfəkkür Universiteti Riyad Əliyevin beynəlxalq axtarışa verilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Universitetin mətbuat xidmətindən Simsar.az-a verilən məlumatda qeyd olunur ki, R. Əliyev universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitetin rəhbərliyi tərəfindən məhkəməyə verilib: “Əfsuslar olsun ki, Riyad Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Elə buna görə də Yasamal rayon məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən Riyad Əliyev hüquq mühafizə orqanları tərəfindən axtarışdadır”.

Məlumatda həmçinin qeyd olunur ki, Təfəkkür Universitetinin Riyad Əliyev adlı təsisçisi olmayıb və universitetin Kiyev şəhərində filialı yoxdur.

Mətbuatda yayılan məlumatlarda R. Əliyev Təfəkkür Universitetinin təsisçisi və Kiyev filialının rektoru kimi təqdim olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!