6 May, 2015
Ronaldodan yeni REKORD

“Real”ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Simsar.az xəbər verir ki, dünən Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Yuventus”un qapısına yol tapan hücumçu qitənin bir nömrəli turnirində vurduğu qolların sayını76-ya çatdırıb.

Bu göstəricidə Lionel Messinini qabaqlayan Ronaldo ÇL-da ən çox qol vuran futbolçu adını qazanıb.

Messinin aktivində 75 qol var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!