6 May, 2015
Biri açılır, digəri bağlanır - Yollarla bağlı XƏBƏRDARLIQ

Mayın 9-da saat 12:00-dan 19:00-dək, Mehdi Hüseyn küçəsinin Parlament Prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Simsar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı sosial şəbəkədə yazıb. O qeyd edib ki, bu müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat avtobuslarında və metronun Koroğlu stansiyasında sıxlıq olacağı gözlənilir. Buna görə də, şənbə günü, ictimai nəqliyyatdan istifadə edəcək şəxslərə yuxarıda sadalanan məsələləri nəzərə almaları tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!