6 May, 2015
Bakıda 12 manata satılan alça - FOTO

Bazarlarda yeni çıxmış nübar meyvələr, tərəvəzlər, həmçinin mövsümə uyğun olmayan meyvə-tərəvəzlər də bolluq təşkil edir.

Simsar.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı “Yaşıl bazar”dan bu mövzuda reportaj hazırlayıb. Yazıda bildirilir ki, bazarda ərik 7 manat, şaftalı 6 manat, alça iriliyindən asılı olaraq 5-12 manat arası, qarpızın bir kiloqramı 2 manat 50 qəpik, banan 2 manat 80 qəpik, armud 3-4 manat arası, alma 80 qəpik 3 manat arası, portağal 2 manat 50 qəpik, ananas 5 manat, lobya 7 manat, gül kələm 1 manat, yarpaq kələm 80 qəpik, pomidor 1 manat 50 qəpik 3 manat arası, xiyar 1 manat 30 qəpik, yeni çıxmış yarpaq 2 manat 50 qəpik 5 manat arası, badımcan 2 manat 30 qəpik, bibər 5 dənəsi 1 manat, kartof 1 manat 30 qəpik, soğan 1 manata satılır. Satıcılar bazarda xaricdən gətirilən nübar meyvələrlə yanaşı yerli nübar meyvələrin də olduğunu deyib.

Alıcılar isə meyvələrlə yanaşı nübar tərəvəzlərin də qiymətindən narazılıq ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!