6 May, 2015
Minalar aşkar edilərək zərərsizləşdirilib - Azərbaycanda

2015-ci ilin Aprel ayı ərzində 1,647,620 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 144 PHS, 3 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Simsar.az-a verilən məlumata görə,  əməliyyatlarda 486 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 284,700,992 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690,104-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin mart ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Aysel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!