6 May, 2015
Sloveniyadan Dağlıq Qarabağ barədə BƏYANAT

“Bir daha tәkrarlayırıq ki, Sloveniya Dağlıq Qarabağda keçirildiyi deyilәn "parlament seçkilәri"nin hüquqi çәrçivәsini tanımır”.

Simsar.az-ın mәlumatına görә, bu barәdә Sloveniya Xarici İşlәr Nazirliyinin qondarma rejimin Dağlıq Qarabağda tәşkil etdiyi "parlament seçkilәri" ilə bağlı bəyanatında bildirilir.

Sloveniya XİN bəyan edib ki, bu prosedur Dağlıq Qarabağın gәlәcәk hüquqi statusunu әvvәlcәdәn müәyyәnlәşdirә vә danışıqlar prosesinә tәsir edә bilmәz: “Sloveniya XİN ATӘT-in Minsk qrupunun vә onun hәmsәdrlәrinin status-kvonu aradan qaldırmaq vә danışıqlar prosesindә nailiyyәt әldә etmәk istiqamәtindәki sәylәrini dәstәklәyir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!