6 May, 2015
Bakıda yük maşını aşdı, yollar iflic oldu - FOTO+VİDEO

Dövlət Statistika Komitəsinin qarşısındakı yolda yük maşını aşıb, xəsarət alan var.

Bu gün səhər saatlarında Dövlət Statistika Komitəsinin qarşısındakı yolda yük maşını aşıb. Simsar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza nəticəsində Bakıxanov küçəsində tıxac yaranıb.
Hazırda hərəkətin bərpa edilməsi üçün yük maşınının qaldırılması istiqamətində iş aparılır.
İlkin məlumatlara görə, yük maşınının sürücüsü xəsarət alıb.

Səxavət Abbasov

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!