13 May, 2011
Sahibkarlara güzəştli kredit verildi

Gəncə-Qazax rayonu üzrə kreditlər Sahibkarlara Kömək Milli Fondu tərəfindən paylanıb

Gəncədə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu tərəfindən tədbir düzənlənib. Simsar.az-ın verdiyi məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonundan olan sahibkarlar iştirak edib.  

İştirakçılar sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilmə mexanizmi, əldə olunan vəsaitin düzgün xərclənməsi kimi məvzularla bağlı maarifləndirilib. Bildirilib ki, Sahibkarlara Kömək Milli Fondu ölkə üzrə iş adamları ilə sayca 9-cu görüşünü keçirir. 2011-ci ildə sahibkarlığın inkişafı üçün 125 milyon manat güzəştli kreditin güzəştli paylanması nəzərdə tutulur. Indiyədək bu vəsaitin 40 milyon 300000 manatı verilib. Paylanan vəsaitdən 554 sahibkar yararlanıb. Tədbirin sonunda Gəncə-Qazax iqtisadi rayonu üzrə 45 sahibkara 5 müvəkkil kredit təşkilatı tərəfindən güzəştli kreditlər verilib. 591000 manat vəsait əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, emalına, tikinti materiallarının istehsalına yənəldiləcək.


Vüsalə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!