4 May, 2015
Məşhur müğənniyə evlilik təklifi - Canlı yayımda + VİDEO

Türkiyənin tanınmış ifaçısı Alişan canlı yayım zamanı həyəcanlı anlar yaşayıb.

Simsar.az-ın məlumatına görə, Türkiyənin "Show Tv" kanalında yayımlanan "Hər şey daxil" proqramında ifaçıya gözlənilməz evlilik təklif edilib. Simgə adlı bir gənc xanım ifaçıya onu və anasını çox bəyəndiyini, sevdiyini deyərək onunla ailə qurmaq istədiyini bildirib.

Təklifi eşidən Alişan çaş-baş qalıb. Nə deyəcəyini bilməyən ifaçının köməyinə proqramın digər aparıcısı Çağla Şikel gəlib. O, ixtisası psixoloq olan Simgəyə şəkil göndərməyi məsləhət bilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!