13 May, 2011
1 ildən sonra Qarabağda

Quzanlıda formal, Lənkəranda prinsipial, Bakıda həlledici oyun

Bu gün Premyer Liqanın XXXI turuna yekun vurulacaq. Dünən ikinci "altılıq" çərçivəsində üç oyun keçirildiyindən bu gün ilk "altılıq" komandaları meydana çıxacaq.
Çempionluğunu təmin etmiş "Neftçi" "Qarabağ"ın qonağı olacaq. "Neftçi"nin baş məşqçisi Arif Əsədov bu oyunda əsasən gənc futbolçulara şans verəcək. "Qarabağ" isə ikinci yer uğrunda mübarizə apardığından meydana qələbə üçün çıxacaq. Həm "Qarabağ" bir illik fasilədən sonra ilk dəfə doğma azarkeşləri önündə oynayacağından onları sevindirməyə çalışacaq. Matç saat 15.00-da başlayacaq.
Saat 18.30-da "Xəzər Lənkəran" və "Bakı" meydana çıxacaq. "Xəzər Lənkəran" doğma azarkeşləri önündə oynayacağı oyunda qələbə qazanmağa çalışacaq. Bu oyun ikinci pillləni tutmaq istəyən "Xəzər Lənkəran" üçün önəmli olacaq. Bütün iddialarını itirən "Bakı" isə meydana imicini qorumaq və kubokun qisasını almağa çıxacaq.
Günün son oyununa - "İnter" - AZAL qarşılaşmasına saat 19.00-da start veriləcək. Bu oyun isə Avropa Liqasına vəsiqə verən 4-cü yer baxımından önəmlidi. Qalib komanda dördüncü pilləni tutmaq şansını artıracaq və mübarizə son tura qalacq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!