13 May, 2011
Fərhad Vəliyev Super Liqa yolunda

Millimizin qapıçısına hansı klub təklif göndərib?

Bir müddət əvvəl Fərhad Vəliyevin Türkiyədən təklif alması barədə xəbər vermişdik. Xatırladaq ki, həmin vaxt həmyerlimizin Bank Asiya liqasında çıxış edən klublardan birindən təklif aldığı bildirilsə də, həmin klubun adı açıqlanmırdı.
Artıq millimizin qapıçısının təklif aldığı klubun adı müəyyənləşib. Özü də Fərhad "Bank Asiya" klubundan yox, Super Liqadan təklif alıb. Daha doğrusu onun maraq dairəsinə düşdüyü klub Super Liqaya vəsiqə qazanıb.
Fanat.az-a daxil olan məlumata görə, millimizin qapıçısını Super Liqaya vəsiqə qazanmış "Samsunspor" transfer etmək istəyir. Fərhadı Türkiyə klubuna menecerlər təklif edib. Daha sonra qolkiperin oyunlarının videoyazısını izləyən türklər onun oyununu bəyənib.
Məlumata görə, Vəliyev özü də Türkiyəyə getməyin əleyhinə deyil. Boyan Pavloviçin gəlişindən sonra ehtiyatda qalan qolkiper bu vəziyyətlə barışmaq istəmədiyindən, komandanı tərk etmək istəyir. Bir müddət əvvəl Fanat.az-a müsahibəsində Azərbaycanda "Qarabağ"dan başqa klubda oynamaq istəmədiyini deyən Fərhad xaricə getməyin əleyinhə olmadığını bildirmişdi. O, hətta Bank Asiya Liqasında oynamağa da hazır olduğunu demişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!