3 May, 2015
İŞİD-dən qan donduran fotolar

Radikal terror qruplaşması olan İŞİD yenə bir vəhşiliyə imza atıb.

Simsar.az-ın məlumatına görə, edamlarından təbliğat kimi istifadə edərək dünyadakı radikall düşüncəli insanları sıralarına dəvət edən təşkilat bu dəfə də internetə dəhşətli edam videosu qoyub.

İraqın şimalında çəkilən videoda yeniyetmə uşaq edam həyata keçirir. Çəkilişdə ərəb dilində danışan uşaq bir neçə dəfə edam olunan kişiyə atəş aşır.

Terrorçuların yayımladığı videoları izləyən SİTE Intelligence Group şirkətinin məlumatlarına görə yeniyetmə casus şübhəlisini edam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!