2 May, 2015
Muzeylərin səyyar sərgiləri

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən hər il muzeylərdə səyyar sərgilərin keçirilməsi layihəsi bu il may ayından dekabradək olan dövrü əhatə edəcək.

Simsar.az  xəbər verir ki, səyyar sərgi qurumun şəbəkəsinə daxil olan müəssisələrdə 3 gün davam edəcək. Layihənin əsas məqsədi insanların muzeylərə marağını artırmaqla bərabər, asudə vaxtın səmərəli təşkilində bu mədəniyyət ocaqlarının əhəmiyyətini diqqətə çatdırmaqdır.

Bu ilin ilk səyyar sərgisi mayın 4-dən 6-dək Məmməd Səid Ordubadinin xatirə muzeyi tərəfindən Vəli Məmmədov adına mədəniyyət evində keçiriləcək. Mayın 5-dən 7-dək Azərbaycan Dövlət Din Tarixi Muzeyi tərəfindən Qala qəsəbə klubunda, 12-dən14-dək Nəriman Nərimanovun xatirə muzeyi tərəfindən Binəqədi mərkəzi mədəniyyət evində, 13-dən 15-dək Əzim Əzimzadənin ev-muzeyi tərəfindən Bibiheybət qəsəbə mədəniyyət evində, 19-dan 21-dək Cəlil Məmmədquluzadənin ev-muzeyi tərəfindən Kürdəxanı qəsəbə mədəniyyət evində, 25-dən 27-dək isə Cəfər Cabbarlının ev-muzeyi tərəfindən Gürgan mədəniyyət evində sərgilər təşkil ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!