2 May, 2015
"Milan" satıldı - 1,5 milyarda

"Milan"ın səhmlərinin 75 faizi satılıb. Simsar.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, klubun 75 faizlik hissəsi çinli işadamlarına 1,5 milyard avroya satılıb. "Milan"ın yeni sahibləri hətta bu günlərdə şəhərə gələrək stadionda "Ceona" ilə matçı da canlı izləyib.

"Milan"ın yeni inşa olunacaq stadionu ilə bağlı işləri sürətləndirib.

2018-ci ildə istifadəyə veriləcək stadion 48 min tamaşaçı tutumuna malik olacaq.

Qeyd edək ki, "Milan" 1926-cı ildən ev oyunlarını "San Siro" stadionunda keçirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!