2 May, 2015
Lalə və Nurkan: “Bir az bizdən”...

Lalə və Nurkan cütlüyü yeni mahnılarını təqdim edib. Simsar.az xəbər verir ki, “Bir az bizdən” adlı mahnının söz və musiqisi Nurkana məxsusdur. Nurkan yeni mahnının onlara uğur gətirəcəyini bildirdi: “ Üç gündür mahnı çıxıb. Çox yaxşı qarşılanıb, dinləyicilər bəyəniblər. Hər bir sənətçi də bunu arzulayır”.
Nurkan bundan əvvəl təqdim etdikləri “Bir zamanlar” mahnılarına klip çəkiləcəyini də əlavə etdi. Mayın 6-da qızları Elifin ad günün qeyd edəcək cütlük daha sonra “Bir az bizdən” mahnılarına da klip çəkilişlərinə başlayacaqlar. Mahnının aranjemanı  Eşqin Ağayevə məxsusdur. Mahnıya rejissor Emin Muradov quruluş verəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!