2 May, 2015
"Elnur "Eurovision"da Türkiyəni də təmsil edəcək" - VİDEO

Azərbaycanı "Eurovision-2015"də təmsil edəcək Elnur Hüseynov Türkiyənin məşhur "Beyaz Show" proqramında qonaq olub. Simsar.az xəbər verir ki, aparıcı Bəyazit Öztürk onu "Eurovision"da həm Azərbaycanı, həm də Türkiyəni təmsil edəcək" deyə təqdim edib. Elnur yarışmada oxuyacağı "Hour of the Wolf" mahnısı və promo-turları haqda danışıb.

Azərbaycan musiqisini sevdiyini deyən Bəyaz həmyerlimizə "Əgər bu səsə qiymət versələr, sən birinci olarsan" söyləyib. O, eyni zamanda bütün Avropada yaşayan türklərə çağırış edərək Elnura səs vermələrini istəyib.

E.Hüseynovun ifasındansonra proqramın digər qonaqları onu tərifləyərək "yarışmada sənin kimi digər səs olduğuna inanmırıq" deyiblər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!