2 May, 2015
FHN ictimaiyyətə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə hallarla bağlı ictimaiyyətə müraciət edib.

Fövqəladə Hallar Nazirliyindən Simsar.az-a verilən məlumata görə, müraciətdə deyilir:

Təhsil müəssisələrində, iş yerlərində, mənzillərdə, mehmanxanalarda və digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməli, elektrik və qaz cihazları nəzarətsiz qoyulmamalıdır.

İnsanların kütləvi toplaşdığı yerlərdə hər hansı şübhəli əşya gördükdə həmin əşyaya toxunmadan dərhal yaxında olan hüquq mühafizə orqanlarına, Fövqəladə Hallar Nazirliyinin “112” və ya Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verməyinizi xahiş edirik.

İrimiqyaslı idman və mədəni-kütləvi tədbirlərin keçirildiyi müxtəlif məkanlarda, insanların kütləvi toplaşdığı yerlərdə böyük izdiham yaşana bilər. Belə yerlərdə uşaqlarınızı nəzarətsiz qoymayın!

İzdihamlı yerlərdə xəsarət alma riski daha yüksəkdir. Odur ki, kütlə sürətlə hərəkət etməyə başlasa, özünüzü yıxılmaqdan qoruyun. Bunun üçün insan axınının sizi aparmasına imkan verin.

Unutmayın:

Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı “112” yə zəng edin!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!