2 May, 2015
İlk külək elektrik stansiyası istifadəyə veriləcək

“Petkim” yarımadasındakı ilk külək elektrik stansiyası 2016-cı ilin ortalarında istifadəyə veriləcək. Stansiyanın birinci mərhələsi başa çatdıqdan sonra o “Petkim”in elektrik enerjisinə olan tələbatının 12 faizini ödəyəcək.

Simsar.az xəbər verir ki, bu barədə “Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud məlumat verib. S.Qorqud bildirib ki, külək elektrik stansiyasının tikintisinin 2015-ci ilin sonlarında tamamlanması nəzərdə tutulub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!