2 May, 2015
Abşeronda anbar, Şəkidə ev yanıb

Ötən axşam Abşeron rayonu və Şəkidə yanğın hadisələri baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 15 kv.m olan anbarın yanar konstruksiyaları və içərisinə yığılmış köhnə istifadəsiz invertarlar yan;b. Yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Şəki şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 272 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın saa yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!