1 May, 2015
"İnter" uddu

Topaz Premyer Liqasında XXXII tura start verilib. Simsar.az-ın məlumatına görə, ilk oyun günündə iki matç baş tutub.

Tura "Simurq" - "İnter" oyunu ilə start verilib. Oyununun ilk yarısında 5 qol vurulub və "İnter" qələbə qazanıb - 3:2. Hesabı 3-cü dəqiqədə Arif Daşdəmirov açıb. 5 dəqiqə sonra Samir Zərgərov bərabərliyi təmin edib. 22-ci dəqiqədə Vadim Abdullayev "Simurq"u hesabda önə keçirib. 37cü dəqiqədə Mikel Alvaro hesabı bərabərləşdirib. 43-cü dəqiqədə isə Sezar Meza Kolli "İnter"ə qələbə qazandırıb.

Günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Hesabı 10-cu dəqiqədə Slavik Alxasov açıb. 4 dəqiqə sonra Nikolas Kanales bərabərliyi təmin etsə də, 18-ci dəqiqədə Məhəmməd Qurbanov yenidən "Sumqayıt"ı hesabda önə keçirib. 45-ci dəqiqədə qırmızı vərəqə alan Nikolas Kanales "Neftçi"ni azlıqda qoyub. Paytaхt klubunun bərabərlik aхtarışı 86-cı dəqiqədə nəticə verib. Samir Məsimov bərabərliyi təmin etsə də, "Neftçi"nin bundan artığına gücü çatmayıb.

Qeyd edək ki, turun son iki oyunu sabah keçiriləcək. "Xəzər Lənkəran" "Bakı"nın, "Qarabağ" "Qəbələ"nin qonağı olacaq. "Araz Naхçıvan" çemionatdan çıхdığından AZAL bu turda istirahət edəcək.

Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXXII

1 may
Simurq - İnter 2:3
Qollar: Samir Zərgərov, 9. Vadim Abdullayev, 23 - Arif Daşdəmirov, 3. Mikel Alvaro, 37. Sezar Meza Kolli, 43.

Neftçi - Sumqayıt 2:2
Qollar: Nikolas Kanales, 14. Samir Məsimov, 86 - Slavik Alxasov, 10. Məhəmməd Qurbanov, 18.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!