1 May, 2015
“Bu mənəm 2” işıq üzü gördü

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaqlar və tanınan müğənnilərin ifalarından ibarət “Bu mənəm 2” adlı albom işıq üzü görüb.Simsar.az-ın məlumatına görə, layihədə uşaqlara müğənnilər Tüznalə Ağayeva (əməkdar artist), Lalə Məmmədova (əməkdar artist), Gülnaz İsmayılova (əməkdar artist), Eldar Qasımov, Samira Allahverdi, Rəşad İlyasov, Təranə Mahmudova, Zamiq Hüseynov, Günay İbrahimli, Abdül Xalid, Əkbər və Gülnarə Rəhman dəstək olmuşdur. 2 may tarixində, saat 16:00-da Bakı Caz Mərkəzində albomun konsert şəklində təqdimat mərasimi keçiriləcək.

“Bu mənəm 2” layihəsinin məqsədi uşaq mahnılarının təbliği və istedadlı uşaqlara dəstək olmaqdır.
Konsertə tanınmış mədəniyyət və ictimai xadimlər, tanınan simalar qonaq qismində iştirak edəcəklər.
Qeyd edək ki, alboma daxil olan yeni mahnılardır. Mahnıların musiqisi layihə rəhbərləri olan Bəbir və Ülviyyə Bəbirli, sözləri isə Ruhiyyə Rüstəmova tərəfindən yazılmışdır. Azərbaycanı “Uşaq – Avroviziya” müsabiqəsində təmsil edən uşaqlar, həmçinin bir çox yerli və beynəlxalq müsabiqələrin qalibləri tərəfindən ifa olunub.

Sizdən 2 may tarixində, saat 16:00-da Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Bakı Caz Mərkəzində keçiriləcək uşaq və tanınan müğənnilərin duetlərindən ibarət “Bu mənəm 2” adlı albomun konsert şəklində təqdimat mərasiminin işıqlandırılmasında informasiya dəstəyi göstərməyinizi xahiş edirik.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!