1 May, 2015
"Əsəd terrorçularla iş görür" - KERRİ

“Suriya Prezidenti Bəşər Əsəd artıq öz legitimliyini itirib”.

Simsar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Con Kerri çıxış edib. O, Suriya Milli Koalisiyasının rəhbəri Xalid Xoca ilə görüşdən sonra mətbuata açıqlama verib:

“Suriyadakı mövcud vəziyyət belə davam edə bilməz. Hazırkı situasiya Suriya xalqından əlavə Türkiyə, Livan və İordaniya kimi ətraf ölkələrə də təsirsiz ötüşmür. Əsəd rejimi öz xalqı qarşısında olan məsuliyyətlərə riayət etmir. Digər problem isə Əsədin öz mənfəətləri üçün ölkəni məhv etməklə məşğul olması və terrorçularla birgə iş görməsidir. Buna görə də artıq Əsəd rejimi öz legitimliyini itirib”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!